Xəzər Xəbər

VİDEO: Sergey Lavrov Qarabağ münaqişəsinə dair önəmli açıqlama verdi

Veb TV | 20:03 • 17 Yanvar 2017
VİDEO: Sergey Lavrov Qarabağ münaqişəsinə dair önəmli açıqlama verdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirdiyi illik mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair önəmli açıqlama verib. O, işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunmasının vacibliyinə diqqət çəkib. Rusiyalı nazir Suriya problemi və ABŞ-ın yeni rəhbərliyi ilə münasibətlərin perspektivindən də danışıb. Əməkdaşımız Şəhriyar İmambəylinin reportajını təqdim edirik.

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirdiyi mətbuat konfransında belə deyib. münaqişənin həlli ilə bağlı bir sıra sənədlərin mövcud olduğunu deyən nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub və durumun narahatlıq yaratdığını bildirib.

Rusiyanın baş diplomatına ünvanlanan əsas suallar isə Suriya münaqişəsi və Birləşmiş Ştatların yeni rəhbərliyi ilə aparılan danışıqların perspektivi ilə əlaqədar olub. Lavrov Rusiya ordusunun Hələbdə əməliyyatlara vaxtında başladığını bir daha da vurğulayıb.

Tramp adminsitrasiyası ilə əməkdaşlığa gəlincə Lavrov Rusiya trəfininin buna hər zaman hazır olduğunu, qarşı tərəfdən də xoş məram gözlədiklərini vurğulayıb.

 

Xəbər lenti

Çox oxunanlar