Xəzər Xəbər

VİDEO: "Biri lampanı söndürdü, digəri bıçağı boğazıma dirədi" - Şəmkirdə basqın

Veb TV | 19:58 • 17 Yanvar 2017
VİDEO: "Biri lampanı söndürdü, digəri bıçağı boğazıma dirədi" - Şəmkirdə basqın

Şəmkirdə quldurluq və oğurluqla məşğul edən iki nəfər saxlanılıb. Rayonun Qaracəmirli kəndində tənha qadının qızıllarını mənimsəyən quldurların digər əməlləri də üzə çıxıb. Cəlilabadda isə baş daşı düzəldilən sexdən oğurluq edilib.

Maska geyinərək evi soymaq istədilər,lakin planları baş tutmadı..

Şəmkir rayonunun Qaracəmirli kəndində edilən quldurluq gecə saatlarına təsadüf edib. 2 nəfər maskalı şəxs kənd sakini Ziyafət Ağayevayanın evinə girərək qadına soyuq silahla hədə-qorxu gəliblər. Zərərçəkənin sözlərinə görə naməlum şəxslərdən biri onu boğmağa cəhd etsə də niyyətinə çata bilməyib.

Hadisədən sonra cinayət baş verən ünvana Şəmkir rayon polis şöbəsinin əməliyyatçıları gəlib. Əməliyyat tədbirlərinə başlayan polis şübhəli kimi kənd sakinləri 24 yaşlı Şəhriyar Quliyevi və 22 yaşlı Tehran Həsənovu saxlayıb.

Bundan başqa Şəhriyar Quliyev keçən ayın 15 -də Natiq Nağıyevlə birlikdə Qaracəmirli kənd sakini Azər Vəliyevin   evinə daxil olub oradan 920 manat nəğd pulu oğurladığı da məlum olub..

Cəlilabadda isə baş daşı düzəldilən sexdən oğurluq edilib.Hadisə Rayonun Göytəpə qəsəbəsində baş verib. Axşam saatlarında Naməlum şəxs və ya şəxslər Nazim Razayevə məxsus sexin pəncərəsindəki dəmir məhəccərləri yerindən çıxararaq oradan içəri daxil olub, baş daşıların hazırlanmasında istifadə olunana xeyli sayda avadanlıqları eləcə də bir ədəd elektrik generatorunu oğurlayıblar.

Artıq hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

Çox oxunanlar