Xəzər Xəbər

Zəngəzur dəhlizinin tikintisi başa çatır VİDEO

Veb TV | 20:23 • 15 Aprel 2025
Zəngəzur dəhlizinin tikintisi başa çatır

Zəngəzur dəhlizinin tikintisi 93 faiz tamamlanıb.

Xezerxeber.az-ın məlumatına görə, uzunluğu 123,6 km olan bu yolun tikintisi tamamlanmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşasını təmin edir.

Layihə çərçivəsində 261 boru, 55 alt keçid və 28 körpü inşa edilir. Ayrıca, yol boyunca 3 tunel də tikilir ki, onların ümumi uzunluğu isə 12 min 032 m-dir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvanla birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Yaxın gələcəkdə bu layihənin tam olaraq istifadəyə verilməsi region üçün yeni üfüqlər açacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti