Xəzər Xəbər

Ticarət mərkəzində yanğın baş verib VİDEO

Veb TV | 20:38 • 15 Aprel 2025
Ticarət mərkəzində yanğın baş verib

Buzovnada ticarət mərkəzində mağazalar yanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsindəki ticarət mərkəzində baş verib. Mağzalardan birində yanğın olması ilə bağlı "112" telefon xəttinə məlumat daxil olan kimi iki yanğınsöndürən avtomobil və canlı qüvvə hadisə yerinə gəlib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının qarşısı alınıb. Amma buna baxmayaraq, Vüqar adlı şəxsə məxsus bitişik mağazalar yanıb. Eyni zamanda yaxınlıqdakı mağazaların qapı və pəncərələri qırılıb. Ticarət mərkəzində işləyənlər deyirlər ki, Vüqar həmin mağazada elektronika malları satmaqla yanaşı, həm də onların təmiri ilə məşğul imiş. Yanğın zamanı ticarət mərkəzində heç bir mağaza açıq olmayıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. Yanğının başvermə səbəbləri araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti