Xəzər Xəbər

Güclü yağış Gəncədə bəzi evlərə ziyan vurub VİDEO

Veb TV | 20:51 • 15 Aprel 2025
Güclü yağış Gəncədə bəzi evlərə ziyan vurub

Gecə boyu yağan aramsız yağış Gəncədə bəzi evlərə ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlov adına küçədə 20-dək evin həyət və zirzəmilərinə su dolub, yollar keçilməz hala düşüb. Dəfələrlə təkrarlanan və həll edilməyən problem ucbatından bəzi sakinlər evini satmaq qərarına gəlib.

Uzun müddətdir həllini tapmayan yağış sularının yığılmasından qorunmaq üçün artıq sakinlər özünəməxsus çıxış yolları tapmağa çalışırlar.

Gəncə ŞİH-dən bildirilib ki, yaranmış vəziyyətlə bağlı Sukanal İdarəsi və MKTİB-in əməkdaşları və texnikaları əraziyə cəlb olunublar. Xüsusi avadanlıqlar vasitəsi ilə həyətlərə və evlərə dolan suların çəkilməsi işi həyata keçirllib. Yağış sularının istiqamətinin dəyişdirilməsi üçün ərazidə qazıntı işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti