Xəzər Xəbər

Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını ancaq bu yolla almaq olar – AÇIQLAMA VİDEO

Veb TV | 21:30 • 14 Aprel 2025
Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısını ancaq bu yolla almaq olar – AÇIQLAMA

Ötən illər ərzində 5000-dən çox şəxs eyni mənzilin bir neçə nəfərə satılması dələduzluğu ilə üzləşib.

Xezerxeber.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, son 10 il ərzində 20-dən artıq tikinti şirkətinin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub.

Ekspertlər bildirirlər ki, bu kimi hallar bir neçə səbəbdən baş verir. Hüquqşünas Ramil Süyemanov deyir ki, bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün ikitərəfli sənədin imzalanması vacibdir.

Hüquqşünasın sözlərinə görə, vətəndaşlar rəsmi müqavilə bağlamadan və müvafiq dövlət orqanlarında qeydiyyat olmadan ödəniş etməməlidirlər. 

Sosial Tədqiqatlar Mərkəzindən o da bildirilib ki, eyni mənzilin bir neçə nəfərə satılmasına görə cəzalandırma tədbirlərinə əsasən, 2010-cu ildən sonra başlanıb. 2017-ci ilin iyulunun 1-dən Mənzil Tikinti kooperativlərində satış qaydalarını dəyişməsinə dair, yəni ilkin ödənişdən, mərhələli qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə qədər yeni qaydalar təsdiqlənib. Lakin problem sonadək həllini tapmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti