Bakının Zabrat 1 qəsəbəsi, “Stansiya” deyilən ərazidə yaşayan sakinlər məhəllədə quraşdırılan su borusunda tez-tez sızıntıların baş verməsindən cana doyublar. Onlar bildirirlər ki, 10 ildən çoxdur, su borusunda baş verən problemlərə görə evlərinə su dolur.
Sakinlər “Xəzər Xəbər” iddia edirlər ki, məslə ilə bağlı dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət ediblər. Lakin həmin qurumun əməkdaşları gəlib problemi həll etdikdən bir müddət sonra yenə eyni vəziyyət yaranır. Sakinlər problemin həll olunmasını istəyir.
Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.