Xəzər Xəbər

Antibiotik iynəsi vurulan kişi həyatını itirib VİDEO

Veb TV | 21:39 • 13 Aprel 2025
Antibiotik iynəsi vurulan kişi həyatını itirib

Lənkəranda antibiotik iynəsi vurulan kişi ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.

Kənd sakini 32 yaşlı İmran Məmmədov xəstələndiyi üçün hərarəti yüksək olub. Yaxınlarının dediyə görə, qonşusu tərəfindən evdə ona antibiotik iynəsi vurulub. İynədən sonra İmran Məmmədovun halı qəfil pisləşib və evə təcili tibbi yardım çağrılıb. Xəstəxanadan verilən məlumata görə, deyilən ünvana təcili tibbi yardım briqadası çatsa da, İmran Məmmədovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Qızıl sürətlə bahalaşır
Qızıl sürətlə bahalaşır TARİXİ MAKSİMUM YENİLƏNDİ/VİDEO
21:25 • 21 Aprel 2025
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə baş verib
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə baş verib TƏFƏRRÜAT/VİDEO
20:39 • 21 Aprel 2025
Bakıda güclü yanğın baş verib
Bakıda güclü yanğın baş verib VİDEO
20:23 • 21 Aprel 2025
Xəstəlik vərəqi elektronlaşdırılır
Xəstəlik vərəqi elektronlaşdırılır VİDEO
20:06 • 21 Aprel 2025
Bir ailənin 4 üzvü faciəvi şəkildə həyatlarını itirdilər
Bir ailənin 4 üzvü faciəvi şəkildə həyatlarını itirdilər TƏFƏRRÜAT/VİDEO
19:34 • 21 Aprel 2025
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycanda qızıl bahalaşıb VIDEO
15:13 • 21 Aprel 2025

Xəbər lenti