Küçələrə, həyətyanı sahələrə, evlərə su dolub.
Xezerxeber.az xəbər verir ki, axıb gələn sular daha çox yolları yararsız hala salıb.
Təsərrüfatlar su altında qalıb.
Görüntülər Goranboyun Tapqaraqoyunlu kəndindəndir. İncəçaydan ayrılan qolun daşması fəsadlara yol açıb.
Daşqından sonra Goranboy Suvarma Sistemləri İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Daşqın qeydə alınan hissədə işlər aparılıb.
Hazırda bölgədə qeyri-sabit hava davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.