Xəzər Xəbər

Aylardır marşrut avtobusunu idarə etmədiyi halda cərimələr adına yazılır VİDEO

Veb TV | 21:30 • 12 Aprel 2025
Aylardır marşrut avtobusunu idarə etmədiyi halda cərimələr adına yazılır

Marşrut avtobusunun sürücüsü işini ötən il dəyişsə də, köhnə işinin cərimələrindən yaxasını qurtara bilmir. 

Xezerxeber.az-ın xəbərinə görə, Göygöl sakini Asif Bayramov bildirir ki, ötən ilin axırına qədər Bakıda, Pirşağı-Koroğlu istiqamətində fəaliyyət göstərən 173 A nömrəli marşrut xəttində sürücü işləyib. İlin sonunda isə işdən ayrılıb.

Elə bundan sonra da adına cərimələr gəlməyə başlayıb. Əvvəl idarə etdiyi avtobusun cərimələri ona gəlir.

Gəncə şəhərində sürücü işləməyə başlayan şikayətçi deyir ki, adına olan cərimələrin silinməsi üçün hər yerə müraciət edib. Amma nəticəsi olmayıb. 

Məsələ ilə bağlı Asif Bağırovun əvvəllər sürücü işlədiyi "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, texniki səhv olub. Sonuncu cərimə Asif Bayramovun adına olduğuna görə kamera vasitəsilə cərimələr yenidən həmin şəxsin adına göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti