Xəzər Xəbər

Tovuzda məktəbdə şagirdlər zəhərlənib VİDEO

Veb TV | 21:27 • 11 Aprel 2025
Tovuzda məktəbdə şagirdlər zəhərlənib

Dərs zamanı şagirdlərin halı pisləşib, onlar tez xəstəxanaya çatdırılıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Tovuzun  Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Dərs zamanı pellet yanacağı ilə qızdırılan sobalardan birində dəm qazı sızması olub. Sinif otağında şagirdlərin ard-arda halı pisləşib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub. Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Təhsil ocağında dərs zamanı sözügedən sinifdə 18 şagird olub. Məktəbin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlərin səhhəti ilə bağlı vəziyyət nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar