Ötən günün gündəmini zəbt edən avtomobil qəzasının müzakirəsi hələ də davam edir. Bəs belə ağlasığmaz qəzanın baş verməsinə səbəb nə olub?
Xezerxeber.az-ın məlumatına görə, həmin avtomobildə olan qadın sərnişinin mediaya verdiyi "Sürücü qəribə səslər çıxarırdı, sonra qışqırmağa başladı" açıqlamasından sonra isə sürücünün ayağında elektron qolbaq olması xəbəri yayıldı. Əvvəlcə məlumat yayıldı ki, sözügedən şəxsin azadlığı dələduzluğa görə məhdudlaşdırılıb. Qəza törədən şəxsin oğlu Elvir Nəcəfov isə bildirdi ki, atasının banka borcu olub, qaytara bilmədiyinə görə də barəsində tədbir görülüb. Ayağına elektron qolbağın taxılması da bununla bağlıdır.
Qəzaya düşən avtomobilin sahibi də məsələ ilə bağlı "Xəzər Xəbər"ə danışıb. O bildirib ki, narkoloji müayinədən keçdikdən sonra etibarnamə ilə taksi fəaliyyəti üçün avtomobili qısa müddət öncə Anar Nəcəfova veriblər. Lakin elektron qolbaq və onun taxılma səbəbindən xəbərsiz olublar.
Sürücünün gəlini isə bidirib ki, qəzaya səbəb onun ayağında qıcolmanın baş verməsidir. O, Anar Nəcəfovun cəmi 2 gün idi ki, taksidə işlədiyini deyib.
Qonşusunun sözlərinə görə də, onun ayağında narahatlıq olub.
Qəza ilə bağlı taksi şirkəti olan "Bolt"dan isə bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub. Sürücü əvvəlcədən bu barədə məlumatlandırılıb. Lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.