Müşfiqabad qəsəbəsini metronun "20 Yanvar" stansiyası ilə əlaqələndirən 114A və 114B nömrəli müntəzəm marşrut avtobuslarının fəaliyyətindən narazılıq var.
Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər bildirir ki, həm avtobuslarda tez-tez nasazlıqlar yaranır və nəticədə intervalda gecikmələr olur, hər gün dayanacaqda saatlarla gözləməli olurlar.
Problemlə bağlı AYNA-dan bildirildi ki, 114A və 114B nömrəli marşrutda avtobusların sayı və hərəkət intervalları sərnişin tələbatına uyğun olaraq təşkil edilib. Marşrutlar üzrə 10 avtobus 10-12 dəqiqə intervalla fəaliyyət göstərir. Daşıyıcıya xəttin nizamlı fəaliyyətinin təmin edilməsi və sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb olunması barədə tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə bu marşrutlar müsabiqəyə çıxarıla bilər. Qurum həmçinin vətəndaşlardan nöqsanlarla qarşılaşdıqları təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyətı üzrə məlumat vermələrini xahiş etdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.