Ötən gün Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən taksi sürücüsü Anar Nəcəfovla bağlı bəzi detallar məlum olub.
Bu barədə "Xəzər Xəbər"ə qəza törədən Anar Nəcəfovun gəlini Münəvvər Nəcəfova hadisə barədə danışıb.
“Ayağında sudurqa problemi var idi. Həmişə deyirdi ki, ayağımda sudurqa tutur. Biz onunla danışanda dedi ki, sudurqası tutub”, - deyə gəlini bildirib.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.