Bakıda Xətai rayonunda yerləşən 2 nömrəli peşə məktəbinin yataqxanasında yaşayan kimsəsiz 86 yaşlı Xanım Məmişova antisanitar vəziyyətdədir. Həmin ərazidə yaşayan sakinlər bu vəziyyətdən narahatdılar.
Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, qadın illərdir təkbaşına yaşayır, yaşlı olması səbəbindən nə özünə, nə də evinin səliqəsinə diqqət edə bilmir. Bu səbəbdən də, qonşular qadının sığınacağa yerləşdirilməsini istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.