Xəzər Xəbər

TƏBİB-in tətbiqində problem yaranıb - Vətəndaşlar çətinliklə üzləşirlər VİDEO

Veb TV | 19:51 • 7 Aprel 2025
TƏBİB-in tətbiqində problem yaranıb - Vətəndaşlar çətinliklə üzləşirlər

TƏBİB-in rəsmi tətbiqində nasazlıq yaranıb. Bu səbəbdən də tətbiq üzərindən tibb müəssisələri üçün onlayn növbə götürmək mümkün deyil.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakinləri deyirlər ki, onlayn növbə daha rahatdır. Çünki saatlarla sırada gözləmirsən. Amma sistem işləmir.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir əmələ gəlib. Tarix və həkimdən asılı olmayaraq sistemdə onlayn növbə problemi yaşanır. Nəticədə vətəndaş məcburi şəkildə canlı növbədə gözləməli olur.

Hazırda da sözügedən problemin olub-olmadığını öyrənmək üçün biz də sistemə daxil olduq və onlayn növbə üçün cəhd etdik. Lakin göründüyü kimi səylərimiz uğursuz oldu.

Məsələ ilə bağlı aidiyyəti TƏBİB-ə müraciət etdik. Tətbiqin niyə işləmədiyi, problemin nə zaman aradan qaldırılacağı ilə bağlı qurumdan aydınlıq gətiriləcəyi bildirilsə də, heç bir cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti