Xəzər Xəbər

Bakı metrosunun vaqonları yenilənəcək VİDEO

Veb TV | 21:15 • 7 Aprel 2025
Bakı metrosunun vaqonları yenilənəcək

“Bakı Metropoliteni” QSC 300 yeni vaqon almağı planlaşdırır. Bu ilin sonuna kimi isə 30 vaqon ölkəyə gətirilərək istifadəyə veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” sədrinin müşaviri Emil Əhmədov deyib.

O bildirib ki, hazırda "qırmızı" və "yaşıl" xətlərin hər ikisinə "Nərimanov" elektrik deposu xidmət göstərir. Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bu da sıxlığın yaranmasına səbəb olur. Ancaq yeni "Dərnəgül" elektrik deposunun inşası və lahiyənin digər nüansları nəticəsində qırmızı xətt üzrə ən minimal interval təmin olunacaq.

Depo ərazisində inşa ediləcək yerüstü platforma yaxınlıqda yaşayan sakinlərin metrodan daha səmərəli və rahat istifadəsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel və gözləmə zalı, açıq hava şəraitinin təsirlərindən mühafizə və xidməti infrastruktur inşa olunacaq.

Qeyd edək ki, Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq. Hazırda çıxarılan 464 ağac yenidən deponun ərazisinə köçürüləcək. Bununla da 1000-ə yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

İsmayıllıda zəlzələ
20:13 • 12 Aprel 2025