Binəqədi rayonu Gülüstan küçəsi, döngə 15 ünvanının sakinləri kanalizasiya problemindən şikayətçidirlər.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, illərdir burda yaşayış olsa da mərkəzləşdirilmiş kanalizasiya xətti çəkilməyib. Mövcud kanalzisaiya xəttini isə sakinlər öz hesablarına çəkiblər. İndi o kanalizasiya xətti axıdılan çökəklik dolub, nəticədə belə vəziyyət yaranıb.
Yüzlərlə evin eyni problemdən əizyyət çəkdiyi bildirildi.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticəsinin olmadığını bildirirlər.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin istirahət günü olduğu üçün sualımız cavablandırılmadı. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, mərkəzləşdirilmiş kanalizaisya sistəmi olamayan Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.