Xəzər Xəbər

Avtomobilin sığorta müddətinin bitməsinə görə cərimə yazılması narazılıq yaradır VİDEO

Veb TV | 21:55 • 6 Aprel 2025
Avtomobilin sığorta müddətinin bitməsinə görə cərimə yazılması narazılıq yaradır

İcbari sığortanın müddəti bitən kimi yola çıxan sürücülərə cərimə yazılır.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər bildirir ki, texniki baxış müddəti bitdikdə 20 gün əlavə vaxt verilir, amma icbari sığortada bu güzəşt yoxdur.

Sığorta üzrə ekspertlər isə deyir ki, texniki baxışla icbarı sığortanı eyniləşdirmək düzgün deyil.

Ekspert Vüsal Bədəlov onu da əlavə etdi ki, srücülərə bir ay öncədən sığortanın vaxtının yenilənməsi üçün mesaj gəlir. Tam dəqiq vaxtı isə onlar sığorta şirkətinə zəng edərək öyrənə bilərlər.

Qeyd edək ki, sığortanın yenilənməməsinə görə, cərimə məbləğləri fiziki şəxslər üçün  50, vəzifəli şəxslər üçün 100, hüquqi şəxslər üçün isə 300 manatdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti