Xəzər Xəbər

Bank telefon vasitəsilə hansısa məlumatı vətəndaşdan istəyə bilər? VİDEO

Veb TV | 21:35 • 6 Aprel 2025
Bank telefon vasitəsilə hansısa məlumatı vətəndaşdan istəyə bilər?

Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz.

Xezerxeber.az-ın xəbərinə görə, bunu maliyyə eksperti Əkrəm Həsənov deyib.

O, bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyirsə dələduzdur.

Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər.

Ekspert bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər  dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti