Xəzər Xəbər

Aeroport şosesində qəza necə baş verib? - Yaralıların SON DURUMU VİDEO

Veb TV | 21:15 • 6 Aprel 2025
Aeroport şosesində qəza necə baş verib? - Yaralıların SON DURUMU

Minik avtomobili evakuatorla toqquşub, evakuator da əks istiqamətə çıxaraq avtobusa çırpılıb.

Xezerxeber.az-ın xəbərinə görə, ağır qəza aeroport şosesində baş verib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Avtobusun sürücüsü İbrahim Qaziyev və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəza səbəbindən gecə saatlarında mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün lazımi tədbirlər görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti

İsmayıllıda zəlzələ
20:13 • 12 Aprel 2025