Bu sakinlərin evlərinin qapıları qəbiristanlığa açılır… Uşaqların oynadıqları tək ərazi isə məzarlığa gedən yoldur…
Söhbət Suraxanı rayonu Dədə Qorqud qəsəbəsindən gedir.
"Xəzər Xəbər"ə müraciət edən qəsəbə sakinləri bura Zığ sürüşmə sahəsindən köçürüldüklərini deyirlər. Onlar iddia edirlər ki, qəsəbədə heç bir şərait olmasa da, əlacsızlıqdan razılaşıblar. Lakin indi, yaxınlıqdakı qəbiristanlığın evlərinə qədər böyüdülməsi onları narazı salıb.
Sakinlər deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.
Qəbiristanlığın böyüdülməsi məsələsini dəqiqləşdirmək üçün sualımızı elə ərazidə işə nəzarət edən Zığ bələdiyyə sədrinin müavininə ünvanladıq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.