Xəzər Xəbər

Xaricdən avtomobil gətirmək adı ilə 30-dan çox vətəndaş aldadılıb VİDEO

Veb TV | 21:35 • 3 Aprel 2025
Xaricdən avtomobil gətirmək adı ilə 30-dan çox vətəndaş aldadılıb

Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "İnstagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb. 
Xezerxeber.az-ın məlumatına görə, "Kharabağ International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmdalizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər. 
Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında  hallan şəxslərlə əlaqə saxladıq.  
Onlardan Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb.
 DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli isə "Xəzər Xəbər"ə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir. 
O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti