Xəzər Xəbər

Bakıda mənzilin tavanı uçub - "Ərazidə 10 bina var və hamısı qəzalı vəziyyətdədir" VİDEO

Veb TV | 20:06 • 3 Aprel 2025
Bakıda mənzilin tavanı uçub - "Ərazidə 10 bina var və hamısı qəzalı vəziyyətdədir"

Bakıda ikimərtəbəli yaşayış binasında mənzilin tavanı uçub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xətai rayonu, İbrahim Əbilov küçəsində yerləşən binadan gedir.

Sakinlər deyir ki, ərazidə 10 belə bina var və hamısı qəzalı vəziyyətdədir. Ev sahibi deyir ki, tavan uçan vaxt  xoşbəxtlikdən otaqda kimsə olmayıb.

Sakinlərin sözlərinə görə, binaların istismar müddəti başa çatdığından hər gün kiçik də olsa uçqun hadisələri baş verir.

Sakinlər üzləşdikləri problemlə əlaqədar rəsmi qurumlara da müraciət ediblər.

Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözgüdən yaşayış binaları Müdafiə Nazirliyinin balansındadır və istismar müddəti çoxdan başa çatıb. Bununla əlaqədar binaya baxış keçirilib və qəzalı olduğu təsdiqlənib. Binaların gələcəkdə sökülməsi və sakinlərin pilot layihə çərçivəsində mənzillə təmin olunması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti