Təyinatı üzrə inşa edilib, ancaq illərdir ki qapısı bağlı vəziyyətdə qalıb. Üstəlik sayı onlarladır. Söhbət vaxtı ilə bölgələrdə tikilən , hazırda isə icarədarını gözləyən iaşə obyektlərindən gedir. Ancaq nə onları kirayələyən var, nə də almaq istəyənlər.
Xezerxeber.az-ın xəbərinə görə, Zaqataladan olan rieltorlar deyirlər ki, əgər iaşə obyekti şəhərin tam mərkəzində yerləşirsə, o zaman daimi fəaliyyət göstərmə ehtimalı var. Bir qədər kənar ərazilərdə isə heç kim icarə götürmək istəmir.
Bənzər vəziyyət Şəkidə də özünü göstərir. Magistral yolların kənarında, nisbətən ara küçələrdə onlarla işlək olmayan iaşə obyekti görmək mümkündür. Pəncərələri tozlanan, kilidi isə pas atan bu tikililər baxmayaraq ki, min bir zəhmət və vəsait
Tovuzda isə istər mərkəz istərsə də kənar ərazilərdə istifadə edilməyən iaşə obyektlərini görmək mümkündür. Rieltorlar deyirlər ki, əvvəllər icarə yer axtaranların sayı obyektlərdən qat-qat çox idi. İndi isə vəziyyət əksinədir. Obyekt var ancaq icarədar tapılmır.
İqtisadçı Eldəniz Əmirov deyir ki, hər hansı iaşə obyektinin fəaliyyətini onun rentbelliyi müəyyən edir. Bölgələrdə bu tip məkanların bağlı olması əsas səbəb rentabelliyin aşağı olmasıdır.
Qeyd edək ki, rentabelliyin aşağı olması iaşə obyektlrinin bağlanmasına səbəb olsa da prosses icarə iqymətlərinə təsirsiz ötüşür. Yəni aylarla bağlı qalmasına rəğmən sahibkarlar obyektin kirayə qiyməıtlərini düşürmürlər. Bu isə vəziyyəti daha da çətinləşdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.