Xəzər Xəbər

1 manata makiyaj vasitəsi alanlara XƏBƏRDARLIQ VİDEO

Veb TV | 21:47 • 2 Aprel 2025
1 manata makiyaj vasitəsi alanlara XƏBƏRDARLIQ

Bakıda 1 manata kosmetik vasitələr, baxım məhsulları satılır.

Xezerxeber.az xəbər verir ki, paytaxtın bir çox mərkəzi küçələrində də rast gəlinən ucuzluq və xırdavat mağazalarında çox ucuz, hətta 1 manata belə satılan bu vasitələrin zərərli olub-olmaması sual doğurur.

Zirzəmi və pilləkənaltı mağazalarda satılan bu məhsulların tərkibi və icazəsi ilə bağlı sual ünvanlasaq da, cavab ala bilmədik.

Bəs eyni məhsullar fantastik qiymət fərqi ilə satılırsa, aralarındakı fərq nədir?

"Məndən də çox zaman soruşurlar ki, orda 1 manata satıla dodaq boyası sizdə niyə 20-30 manatadır" -  deyən müsahibimizin sözlərinə görə, belə vasitələr qiymətinə görə müştəri cəlb edir. Lakin çoxları zərərli tərəflərini bilmədikləri üçün aldana bilirlər.

Həkim-dermatoloq Sevda Səmədova bu baxım və makiyaj məhsullarının hansı fəsadlara yol açmasından danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti