Xəzər Xəbər

Valideynlərini itirmiş şəxslərə birdəfəlik müavinət necə ödəniləcək? VİDEO

Veb TV | 21:40 • 2 Aprel 2025
Valideynlərini itirmiş şəxslərə birdəfəlik müavinət necə ödəniləcək?

Valideynlərini itirmiş şəxslərə 2 min 600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək..

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov deyir ki, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib.

Ölkə başçısının imzaladığı fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir.

Belə şəxslər müraciət etməklə həmin vəsaiti əldə edə biləcəklər. Müavinətin ödənilməsi isə uzun müddət tələb etmir. Bir neçə gün ərzində vətəndaşın müraciətinə baxılır və qərar verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti