"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub.
Xezerxeber.az xəbər verir ki, hazırda uşaqlardan 3-ü xəstəxanada, 5-i isə isə sığınacaqda müalicə alır. Birliyin sədri Kəmalə Ağazadə deyir ki, virus uşaqlara bayram günlərində sığınacağa yeni gətirilən digər uşaqlardan keçib.
Kəmalə Ağazadə deyir ki, virus ürəkbulanma, qusma, yüksək qızdırma və ishalla müşahidə olunur.
TƏBİB-dən isə bildirildi ki, Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyətləri stabildir. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.