Xəzər Xəbər

Binəqədidə evləri su basıb VİDEO

Veb TV | 21:19 • 30 Mart 2025
Binəqədidə evləri su basıb

Bakının Binəqədi rayonu, Gülüstan qəsəbəsi 15 ünvanındakı evlər 4 gündür ki, suyun içərisindədir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, suyun həyətlərə, evlərə dolmasına səbəb kortəbii şəkildə çəkilmiş kanalizasiya xətlərinin axarının olmamasıdır. 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd olunan ünvanda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Sakinlər primitiv üsullarla xətlər çəkiblər. Elə buna görə də ərazidə tullantı suları formalaşır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Qurumdan o da qeyd edildi ki, fevral ayından su və kanalizasiya təchizatına qoşulmaq üçün yeni qaydalar tətbiq edilir. Bu qaydalara uyğun olaraq təchizat sisteminə qoşulmaq istəyən vətəndaşlar müvafiq sənədlərlə “ASAN xidmət, “ASAN kommunal” mərkəzlərinə müraciət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti