Xəzər Xəbər

Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır VİDEO

Veb TV | 20:21 • 30 Mart 2025
Ucarın Qaracallı kəndində içməli su problemi yaşanır

Ucar rayonunun Qaracallı kəndində uzun illərdir ki, içməli su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, kəndin yarısında su yoxdur.

Sakinlər deyirlər ki, kəndin bir hissəsinə 7 il əvvəl su xətti çəkilib, lakin yaşayış məntəqəsinin yarısı susuz qalıb. Hazırda susuz qalan Qaracallı sakinləri içməli suyu maşınlarla alırlar. Onların sözlərinə görə, ayda orta hesabla 70-80 manat suya xərc çəkirlər. Yay aylarında isə suya olan tələbat artdığından, bu xərc daha da yüksəlir.

Problemin həlli üçün kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyə qədər konkret bir cavab almayıblar. Odur ki, sakinlər yarımçıq qalmış işlərin tamamlanmasını gözləyirlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, layihə icra edilərkən bütün kəndin su təchizatı tam nəzərə alınmayıb.  

Qurumdan o da qeyd edilib ki, Qaracallı kəndinin içməli su ilə tam təmin olunması üçün müvafiq layihənin hazırlanması istiqamətində aidiyyəti qurumlara müraciətlər göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti