Xəzər Xəbər

Bakıdakı bu bina hər an uça bilər VİDEO

Veb TV | 16:18 • 29 Mart 2025
Bakıdakı bu bina hər an uça bilər

Bakı şəhəri, Sabunçu rayonu, Rəşad Məcidov, bina 8 ünvanında yerləşən ikimərtəbəli bina qəzalı vəziyyətdədir

Xezerxeber.az-ın məlumatına görə, sakinlər 110 yaşlı binanın təhlükəli vəziyyətdə olmasından narahatdırlar.  
Sözügedən binada 10 ailə yaşayır. Sakinlərin sözlərinə görə, binanın divarlarında çatlar var, həmçinin tavan hissəsindəki beton parçaları qopub tökülür. Onlar bildiriblər ki, yağış yağanda vəziyyət daha da acınacaqlı olur. Binanın damından yağış suları evə dolur. Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir. 
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti