Xəzər Xəbər

Ev almaq istəyən şəxs dələduzluğun qurbanı olub TƏFƏRRÜAT/VİDEO

Veb TV | 20:56 • 28 Mart 2025
Ev almaq istəyən şəxs dələduzluğun qurbanı olub

Bakıda yaşayan Laçın sakini Azər Əsədov dələduzluğun qurbanı olduğunu iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, o, 31 min manata ev alıb, sonra isə dələduzlar tərəfindən aldadıldığını öyrənib.

Azər Əsədov evi rieltor vasitəsilə alıb. Amma sonradan məlum olub ki, notarial qaydada ev satan şəxs həmin əmlakın sahibi deyilmiş.

Zərərçəkən həm də iddia edir ki, sözügedən 34 saylı notariat ofisinin əməkdaşı Kəmalə Hüseynzadə də dələduzlarla əlbirdir.

Məsələ ilə bağlı adı hallanan 34 saylı notariat ofisinin əməkdaşı Kəmalə Hüseynzadə ilə əlaqə saxladıq. O bildirdi ki, icra etdiyi işi qanun çərçivəsində edib və dələduzları tanımır. DİN-dən isə bildirildi ki, özünü ev yiyəsi kimi təqdim edən Elçin Şirinov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsilə cinayət işi açılıb. Toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə şəxs həbs olunub. Reiltor Firqət Balayev isə şahid qismində dindirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti