Xəzər Xəbər

Tənha qadının evi ələ keçirilib İDDİA/VİDEO

Veb TV | 20:06 • 28 Mart 2025
Tənha qadının evi ələ keçirilib

Bakıda 67 yaşlı qadın dələduzların qurbanı olduğunu iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Bakı sakini Fituhi Rufayet Meybulla qızı 8 il əvvəl yaşadığı evi satıb, amma iddia edir ki, onu aldadaraq pulunu verməyiblər.

Qadın iddia edir ki, alqı-satqı müqaviləsinə imza atdıqdan sonra pul vəd edildiyi kimi bank hesabına köçürülmədi. Beləliklə, o, rieltorlar - Qasımov Adil Nadir oğlu, Süleymanova Kəmalə Adil qızı və Azər adlı şəxs tərəfindən aldadıldığını iddia edir.  

O vaxtdan kirayədə qalan qadın sonradan kirayə pulunu ödəməyə imkanı olmadığından küçələrdə gecələyib. 

Ötən gecə küçədə qalan yaşlı qadın polis tərəfindən sığınacağa yerləşdirilib.

Onun sözlərinə görə, evini satmaq üçün üz tutduğu vasitəçilər onu aldadıb.

Evin alıcısının qonşusu olduğunu, əmlakçının da birini əvvəldən tanıdığını deyən Rufayət Meybulla həmin şəxsin pulu ödəmədiyini, onu aldatdığını deyir. 

Qeyd edək ki, alqı-satqının üzərindən xeyli müddət keçdiyinə görə şikayətçi həmin şəxsləri tapa bilmədiyini, evinin isə artıq yaşayış ünvanı olmadığını deyir. Elə buna görə də polisə şikayət edən şəxsin məsələsi ilə bağlı sorğumuza Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ diqqət mərkəzindədir və araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti