Xəzər Xəbər

Bakıda bədbəxt hadisə: avtomobil bina üçün qazılmış bünövrəyə aşıb VİDEO

Veb TV | 21:07 • 27 Mart 2025
Bakıda bədbəxt hadisə: avtomobil bina üçün qazılmış bünövrəyə aşıb

Bakının Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü avtomobilini park etmək istəyərkən bina üçün qazılan mış bünövrəyə aşıb, nəticədə sürücü ciddi xəsarətlər alıb.

Hadisə şahidlərinin sözlərinə görə, ərazi çoxdan qazılsa da ətrafına heç bir hasar çəkilməyib. O səbəbdən nəqliyyat vasitəsini arxaya verən sürücü avtomobillə birlikdə həmin qazılmış əraziyə düşüb.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzdən “Xəzər Xəbər”ə bildirildi ki, kişi cinsli şəxs bel fəqərələrinin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul olunub. Dərhal yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib.

Hazırda şöbədə müalicə prosedurlarının icrası davam etdirilir, vəziyyəti stabil olaraq qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti