Xəzər Xəbər

Bir adamın iki qəbri məsələsi aydınlaşdı TƏFƏRRÜAT/VİDEO

Veb TV | 19:34 • 27 Mart 2025
Bir adamın iki qəbri məsələsi aydınlaşdı

Mingəçevirdə bir adamın iki qəbirinin olması xəbərinin təfərrüatları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir şəhəri ərazisində kənd qəbiristanlığında dəfn edilən Cavad Qurbanzadə 2023-cü ildə vəfat edib və onu dostları dəfn edib. Daha sonra onun qohumları qəbirüstü abidəsini hazırladıblar. Qəbiristanlığın mollası deyir ki, həmin abidə yanlışlıqla başqa şəxsin dəfn edildiyi yerdə quraşdırılıb.

Ötən gün yayılan xəbərdən sonra mərhumun qohumları və dostları bir araya gələrək, baş verən yanlışlığı aradan qaldırmağa çalışıblar. Qohumlarının qoydurduğu məzar daşının üzərindəki Cavad Qurbanzadəyə məxsus şəkil sökülüb. Məzar daşını düzəltdirən mərhumun qohumları qəbirüstü abidənin sökülməyəcəyini, orada dəfn olunan şəxsə hallalıq verdiklərini bildiriblər.

Qeyd edək ki, Cavad Qurbanzadə iki il əvvəl, 57 yaşında vəfat edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti