Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində gecə saatlarında ağacların məhv edildiyi bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər vətəndaş tərəfindən çəkilib.
Ünvanda olduğumuz zamanda qırılan ağacları görmədik. Ehtimal olunur ki, ağaclar gecə saatlarında ərazidən götürülüb. Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, artıq bir neçə aydır ərazidə ağaclar gecə saatlarında xüsusi texnika vasitəsilə kökündən çıxarılır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Bildirildi ki, hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırmalara başlanılıb. Nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.