Xəzər Xəbər

Bir adamın iki məzarı var MÜƏMMA/VİDEO

Veb TV | 20:36 • 26 Mart 2025
Bir adamın iki məzarı var

Mingəçevir şəhərindəki qəbiristanlıqda bir adamın adına iki məzar var.

Xezerxeber.az-ın məlumatına görə, Qurbanzadə Cavad Yəhya oğluna aid qəbir daşları sakinlərdə çaşqınlıq yaradıb.

Qəbiristanlıqda çalışan işçilər, həmçinin din xadimləri ötən gündən bununla bağlı xəbərlərin yayılıdığını bildiriblər.

Həmin şəxsin qəbirini tapıb, Cavad Qurbanzadənin bir-birindən bir neçə metr məsafədə iki məzar daşının olduğuna şahid olduq. Cavad Yəhya oğlu Qurbanzadə 2023-cü ildə 57 yaşında vəfat edib. Onun qəbir daşlarından birinin üzərinə "övladlarından", digərinə isə "dostlarından" xatirə yazılıb.

Mingəçevir Bələdiyyəsi Dəfn mərasimləri xidmətinin kənd qəbristanlığı üzrə nümayəndəsi Kamil Hüseynov isə məsələnin araşdırılacağını bildirdi.

İki məzarı olan şəxsin illər əvvəl ailəsində faciə yaşandığı da bildirilir. İddialara görə, onun atası Yəhya Qurbanzadə 1987-ci ildə həbsdən çıxdıqdan sonra həyat yoldaşı və oğlu Cəmili gecə balta ilə qətlə yetirib. Ailə faciəsinin səbəbkarı olan Yəhya ömürlük həbs cəzasına məhkum edilib. Məlumata görə, faciə günü ailənin digər övladları - Cəlal və haqqında danışılan Cavad həqiqi hərbi xidmətdə olublar. Sağ qalmış üç qardaşdan biri Rusiyanın Tula vilayətində, digəri həbsxanada, Cavad Qurbanzadə isə xəstəlik səbəbindən dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti