Xəzər Xəbər

Ali məktəblərə qəbul planı artırıla bilər VİDEO

Veb TV | 20:05 • 26 Mart 2025
Ali məktəblərə qəbul planı artırıla bilər

Ali məktəblərə qəbul olan gənclərin sayı ildən-ilə artır. 2015-ci ildə bu göstərici təxminən 35 min nəfər olduğu halda, 2023-cü ildə artıq 53 minə çatıb. 2024-cü ildə isə bu rəqəm 58 minə qədər yüksəlib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbə sayı artdıqca ali təhsil sistemində plan yerlərinin artırılması tendensiyası son illərdə daha da güclənib.

Ekspert deyir ki, plan yerlərinin artırılması keçid ballarına birbaşa təsir göstərəcək.

O, həmçinin 2025-ci ildə də xaricdə təhsilə ayrılan plan yerlərinin artacağının və dövlətin bu sahəyə daha çox vəsait ayıracağının gözlənildiyini bildirdi.

Qeyd edək ki, ölkədə ali təhsil müəssisələrinin sayının artması qəbul prosesinə də təsir edir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti