Xəzər Xəbər

Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz VİDEO

Veb TV | 21:18 • 26 Mart 2025
Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz

Bakının Xətai rayonu, Lütfizadə küçəsində yol boyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, əraziyə yaxın yaşayanlar bildirirlər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.

Məsələ ilə bağlı AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri yaxın zamanda yenilənəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti