Xəzər Xəbər

Sahibsiz itlər Bakıda iki nəfəri dişləyib - Sakinlər narahatdır ŞİKAYƏT/VİDEO

Veb TV | 20:20 • 26 Mart 2025
Sahibsiz itlər Bakıda iki nəfəri dişləyib - Sakinlər narahatdır

Bakının Nizami rayonu, Əli Vəliyəv, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar iddia edirlər ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur. 

Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.

Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir bomjundur. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.

Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Biz də itin sahibi olan şəxslə danışmağa çalışdıq. Amma o, itinin heç kimə xələl gətirmədiyini iddia etdi.

Nizami Rayon İcra Hakimiyyəti “Xəzər Xəbər”in müraciətindən dərhal sonra əraziyə baxış keçirib. Bomj yaşadığı yerdən çıxarılıb, binanın zirzəmisinin isə hər hərəfdən girişi bağlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti