Xəzər Xəbər

Ağcabədi-Ağdam avtomobil yolu iki ildən çoxdur ki, qazılıb – Sakinlərdən ŞİKAYƏT VİDEO

Veb TV | 21:35 • 25 Mart 2025
Ağcabədi-Ağdam avtomobil yolu iki ildən çoxdur ki, qazılıb – Sakinlərdən ŞİKAYƏT

Yol qaşınıb amma təmir edilmir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Ağcabədi-Ağdam avtomobil yolunun Boyat kəndi ərazisindən keçən hissəsindədir. Sakinlər deyir ki, 2 ildən çoxdur ki, yol bərbad vəziyyətdədir.

Sürücülər də bu yoldan narazıdırlar.

Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.

Körpü-Bina-Tikinti MMC-nin torpaq işləri üzrə qrup rəhbəri Samir Hətəmov "Xəzər Xəbər"ə bildirdi ki, Ağcabədi Ağdam layihəsi üzrə yolun 24 kilometrliyində iş gedib, 24 kilometrliyində hazırda iş dayandırılıb. O, layihəni sadəcə icra edən tərəf olduqlarını bildirib. Sözügedən problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə də müraciət etsək də cavab ala bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar