Xəzər Xəbər

Şamaxıda "MMA" məşqçisi niyə güllələnib? – Cinayətin pərdəarxasının DETALLARI VİDEO

Veb TV | 21:30 • 25 Mart 2025
Şamaxıda "MMA" məşqçisi niyə güllələnib? – Cinayətin pərdəarxasının DETALLARI

Qardaşının qatilini öldürdü...

Xezerxeber.az xəbər verir ki, Şamaxı rayonunda məşqçi  güllələnərək öldürülüb. Hadisə ötən gün saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı  Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. Yaralanan Orxan  Hacıyev xəstəxanaya aparılarkən ölüb.  Amil  Surxayev polis əməkdaşları tərəfindən şübhəli kimi saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.

Onu da əlavə edək ki, Orxan Hacıyev MMA üzrə məşqçi idi.

“Xəzər Xəbər”in əldə etdiyi məlumata görə öldürülən Orxan bir-neçə il əvvəl idmançı Ruslan Surxayevlə mübahisə edib və həmin vaxt onu  qətlə yetiribmiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir. Məlumata görə, Amil axşam saatlarında qardaşının qatilini izləyib və güllələyib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar