Səkkiz zolaqlı yol , sürətlə şütüyən avtomobillər… Nə piyada keçidi var, nə svetafor , nə də yerüstü keçid var… Avtomobillər saatda 90 km-dən artıq sürətlə hərəkət edir... Piyadalar isə özlərini risqə ataraq bu yoldan keçirlər... Görüntülər Mərədan -Qala yolu, Qala parın qarşısındandır…
“Xəzər xəbər”in qaynar xəttinə müraciət edən Xəzər rayonu Qala qəsəbə sakinləri yolun hər iki tərəfində sıx məskunlaşma olduğunu deyir. Üstəlik, elə həmin hissədə hiper market, bir neçə zəruri iaşə obyektləri və Qala park var. Buna baxmayaraq, yolun həmin hissəsində piyada keçidi yoxdur.
Sakinlər bildirirlər ki, ora ən yaxın keçid təxminən 2 km. məsafədə yerləşir. Bu səbəbdən həmin keçiddən istifadə edə bilmirlər. Hətta bəzi hallarda orada yaşayan insanları avtomobil də vurub. Sakinlərin istəyi ərazidə piyada keçidinin inşa edilməsidir.
Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşlar agentliyə rəsmi müraciət etsinlər. Aidiyyəti qurum əməkdaşları ilə yerində araşdırma aparılsın, daha sonra bununla bağlı dəqiq nəsə demək olar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.