Ötən iki ayda metroda sərnişinlər eskalatorların 534 dəfə dayanmasına səbəb olub.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında deyib. Onun sözlərinə görə, eskalatorların dayanma səbəblərindən biri sərnişinlərin onu dayandıran düyməyə toxunmasıdır.
Bəxtiyar Məmmədov deyir ki, əşyaların eskalatorlara ilişməsi nəticəsində isə 70-ə yaxın insan yıxılıb.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, metro və eskalatordan istifadə zamanı ani diqqtsizlik sərnişinlərin həyatı üçün təhlükə yarada bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.