Mebel yığacağını deyib ev sahibinin 5 min manatını mənimsədi..
Xezerxeber.az xəbər verir ki, paytaxt sakini Telli Atakişiyeva dələduzluğun qurbanı olduğunu iddia edir. O, “Tik Tok” platformasından tanıdlığı şəxslə avqust ayında əlaqə saxlayıb. İki ay sonra işin hazır olacağı deyilsədə 8 aydır ortalıqda mebel yoxdur.
Zərərçəkən deyir ki, həmin şəxs anasının evindədə mebel yığacağını deyib. Ondan da 200 manatını aldıqdan sonra yoxa çıxıb. İndi onların nə zənglərinə cavab verir, nədə mesajlarına...
Məsələdə adı çəkilən şəxslə bizdə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən tapılmadı.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.