Xəzər Xəbər

Magistral yolda qəza şəraitinə düşən şəxs dövlət qurumuna məhkəmədə necə qalib gəldi? - TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:50 • 24 Mart 2025
Magistral yolda qəza şəraitinə düşən şəxs dövlət qurumuna məhkəmədə necə qalib gəldi?  - TƏFƏRRÜATLAR

Avtomobilinin təkəri çuxura düşərək partlayıb.

Xezerxeber.az xəbər verir ki, avtobloger  Elgün Xıdırov deyir ki, gecə saatlarında  avtomobilinin təkəri Şabran rayonu ərazisində  magistral yoldakı çuxura düşərək partlayıb.

Elgün Xıdırov bildirib ki, ona dəymiş zərər müəyyənləşəndən sonra Avtomobil Yolları Dövlət agentliyinə zərərlə bağlı müraciət edib. Onun sözlərinə görə, uzun müddətdən sonra dəymiş zərərin qarşılanmasına imtina cavabı gəlib. Sonra isə sürücü Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Dövlət agentliyi avtomobilə dəymiş zərər yəni ehtiyyat hissələri,  servis və məhkəmə xərcləri də daxil  933 manat təzminatı mənə ödəyəcək deyə Elgün Xıdırov vurğulayıb.

Onu da bildirək ki, apelyasiya məhkəməsinin qətnaməsində qeyd  olunub ki, qərardan kassasya  şikayəti verilə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Çox oxunanlar