Xəzər Xəbər

Biləcəridə yağış yağdıqdan sonra evlərin zirzəmilərini su basır – Sakinlərdən ŞİKAYƏT VİDEO

Veb TV | 21:16 • 23 Mart 2025
Biləcəridə yağış yağdıqdan sonra evlərin zirzəmilərini su basır – Sakinlərdən ŞİKAYƏT

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindən sakinlər qaynar xəttimizə müraciət ediblər.

Xezerxeber.az xəbər verir ki, söhbət Yeni Massiv, İpəkyolu döngə 6 ünvanından gedir. Sakinlərin sözlərinə görə, illərdir vəziyyət bu cürdür.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyəti ilə də əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə də əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, bir müddət öncə nasos stansiyasında qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar