Xəzər Xəbər

Yüksək gərginlikli elektrik xətlərinin altında evləri olanlara ŞAD XƏBƏR VİDEO

Veb TV | 21:15 • 22 Mart 2025
Yüksək gərginlikli elektrik xətlərinin altında evləri olanlara ŞAD XƏBƏR

Yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sahələri dəyərləndiriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, bunun müsbət tərəfləri var. Görülən bu işlər sayəsində sözügedən ərazilərdə  tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz  həllini tapmış ola bilər.

Ekspert bildirib ki, bundan başqa bir çox dövlət layihələri əsasında müxtəlif növ qiymətləndirmələr də aparılacaq.

Eyni zamanda mütəxəssis rəyinin və AZURE, yəni bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi üçün müəyyən hesabatların hazırlanması xidmətləri də həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti