Yanvarda evlənənlərin də, boşananların da sayı artıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon,şəhər qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma halları qeydə alınıb. Bu da ötən ilə nisbətən artım deməkdir.
Sosiloq Üzeyir Şəfiyev deyir ki, ailə dəyərlərinin güclü olduğu cəmiyyətlərdə evlənmək sosial norma kimi qəbul olunur. Buna görə də evlənənlərin sayında artım var. Lakin boşanma sayı kifayət qədər çoxalıb.
2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb.
Ekspert onu da bilidirib ki, sürətli nikah qərarları, xəyanət və güvən problemləri də boşanmalara gətirib çıxaran əsas amillərdən biridir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.