Xəzər Xəbər

Bakıdakı nəhəng yaşayış kompleksində 15 ildir niyə yaşanılmır? VİDEO

Veb TV | 21:00 • 22 Mart 2025
Bakıdakı nəhəng yaşayış kompleksində 15 ildir niyə yaşanılmır?

4 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksinin tikintisi illərdir başa çatsa da, içərisində bir nəfər də olsun, sakin yaşamır.

Xezerxeber.az xəbər verir ki, bura Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlığıdır.

Ən diqqətçəkən məqam isə binanın birinci mərtəbəsində böyük ərazaq mağazasının işlək olması, ələcə də başqa obyektlərin fəaliyyət göstərməsidir.

Sakinlərin binaya köçməsinə icazə verilməməsinin səbəbini soruşduqda isə, aidiyyəti qurumlardan "Xəzər Xəbər"ə bildirildi ki, məsələ tam araşdırılacaq və cavab veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti